XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Əbülfət MƏDƏTOĞLU: - Mənim axşam DUAM
Ədəbiyyat 07:52 / 24.05.2022

Hər kəs öz duasını ,
Söyləyir, bəyan edir...
Gözlərimdəki bulud-
Duamı ayan edir!..
Kirpiyinin ucundan
Ruhunun telinəcən...
Səssiz duam yol gəlir -
Evinə, elinəcən!
Anlayanlar daşıyır
Bu duamı öcündə...
Səsli deyirəm indi -
Dilbilməzlər üçün də!..
Gözdən bulud oxuyan -
Yerdə, göydə tək Allah!
Mənə ümid verməyi -
Yar könlünə ək, Allah!

2257 oxunub

InvestAZ