...Əllərini necə keçirəsən
yuxu rejiminə,
qollarını necə...
nə xəyal et, nə fikir çək;
çətindir ürəyi
yuxu rejiminə keçirmək...
ayaqlarını keçir görüm yuxu rejiminə,
barmaqlarını keçir...
bacarırsan nəfsini keçir yuxu rejiminə,
bir günah hissini keçir...
***
...ah dostum sən
niyə bu hala düşdün
düşündüm
niyə nədən
3003 oxunub