XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Kəramət : - SOKRATIN KƏSİLƏN ƏLLƏRİ ASILDI QALA DİVARLARINDAN
Ədəbiyyat 16:47 / 23.05.2022

Aramızdakı yolları buz bağlayır
... uşaqlar 3 almanı göydən yox
bazardan gözləyir
daha möminlər cənnətə getmək istəmir
imamın, keşişin kef çəkdiyini görüb
tribunaların
din, millət, ədalət nağıllarına
aşkara olmasa da
ürəyində gülür hamı
mənim də ən çox
"xalq" kəlməsinə gülməyim tutur
Gəncləri yoldan çıxarır deyə
Sokratın
"demokratiya" yazan əlləri
eradan əvvəl
kəsildi səs çoxluğuyla
asıldı epoxaların
qala divarlarından.
Eşidirsənmi...bülbüllərin bayquş səsi...
yolun sonunda başlar müharibələr
tıxanıb, tükənib hər şey
sütunlar götürülüb
uçur başımıza göy qübbəsi.
...amma, qorxma
təzə yerimizdə, şərqimizdə, şeirimizdə
təzə göyümüz olacaq
qəttəzə günəş doğacaq.

1570 oxunub

InvestAZ