Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, sağalma sayı isə sıfır olub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenises.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792714 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782957 nəfər müalicə olunaraq sağalıb, 9710 nəfər vəfat edib. 47 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1842, bu günə qədər isə ümumilikdə 6874348 test icra olunub.