İranın Sistan-Bəlucistan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
Yenises.az bildirir ki, bu barədə məlumatı Tehran Universitetinin Seysmologiya Mərkəzi yayıb.
Zəlzələnin episentri Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhəri yaxınlığında yerin 16 kilometr dərinliyində qeydə alınıb.