XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Şah İsmayılın vəfat günü…
Maraqli 13:34 / 23.05.2022

Bu Gün Şah İsmayıl Xətainin vəfat etdiyi gündür.

23 may 1524-cü ildə dünya tarixinin ən görkəmli şəxslərindən biri, Səfəvi dövlətinin qurucusu, böyük sərkərdə, Azərbaycan xalqının böyük oğlu Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi-Şah İsmayıl Xətainin rəhmətə gedən günüdür. Ömrünün son illərində ailəsinə və ardıcılı olan qızılbaşlara vəsiyyət etmişdir:

"Çox çalışdım. Artıq kamala dolmuşdum. Çox əlləşdim - müharibə olmasın, dedim, olmadı.Budur, Çaldıran döyüşündən on il keçib. Hələ bir dəfə üzüm gülməyib, dodaqlarımda təbəssüm olmayıb...

... Ömrün son günlərini yaşayıram...

Sizin üçün bu az ömrümdə əlimdən gələni eylədim. Fəthlər edib, parça-parça bölünmüş diyarımızı birləşdirməyə çalışdım. Vətənin bir sıxma torpağını bir ovuc qızıldan, türk dilimizin bir küçücük sözünü bir ölçü ləl-cəvahirətdən üstün bildim. Hər ikisinin Vətənimizin və dilimizin əbədiyyəti üçün. Nə bacardımsa onu eylədim. Yaxşı nə başladımsa - onu göyərdin! Səhvlərimi təkrar etməyin! Sizə vəsiyyətim budur!.. Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, qeyrətimiz, Vətənimiz-can sizin can onlar əmanəti!"


2202 oxunub

InvestAZ