Aysel Xanlarqizi Safarli: - SƏN BİLMƏZSƏN...
Sən bilməzsən ağrının payız rəngin,
Sən bilməzsən acıların xəzanın.
Küləkləri saçlarımda əsəndə,
Buludlara kirpiyiylə yazanı.
Bilməzsən ki, bəxt yazısı alında,
Qırışanda necə olur baxışlar.
Gözlərimin aynasında tərləyən,
Yanaqları yumruqlayan yağışlar.
Sən bilməzsən, acıların loxması,
Ən bahalı sinilərdə qarşımda.
Dərdlərimi mənə nişan taxıblar,
Payız rəngi üzüyümün qaşında.
2328 oxunub