XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



Şirvan polisindən əməliyyat: iki qardaş saxlanıldı
HÜQUQ 09:36 / 23.05.2022

Şirvan Şəhər Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Mehdi Hüseynov və qardaşı, əvvəllər də narkotiklərə görə məhkum olunmuş İmanxan Hüseynov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan   verilən məlumata görə, həmin şəxslərin evlərinin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş ümumilikdə 96 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Şəhər məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.(axar.az)


1337 oxunub

InvestAZ