XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



Əlirza HƏSRƏT: - QURUYAN BULAĞA ELEGİYA
Ədəbiyyat 08:55 / 23.05.2022
Necə deyim ki,xoş gördük,
Necəsən,quruyan bulaq?!
Bir zaman səsi,avazı,-
Aləmi bürüyən bulaq.
Ürəyində yara dərin,
Bu göz yaşın,bu da tərin.
Bir zaman qız-gəlinlərin,-
Üstünə yeriyən bulaq.
Daha suyun gəlmir ələ,
Qurumağın eşqə tələ.
Məni də ahına bələ,
İçində kiriyən bulaq.
Gördük yoxsan yolda,izdə,
Sənə heykəl qoyduq biz də.
Quruyub,xatirəmizdə --
Adını qoruyan bulaq.

1572 oxunub

InvestAZ