XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Əbülfət MƏDƏTOĞLU: -Mənim axşam DUAM
Ədəbiyyat 08:28 / 23.05.2022

Hər kəs öz duasını ,
Söyləyir, bəyan edir...
Gözlərimdəki bulud-
Duamı ayan edir!..
Kirpiyinin ucundan
Ruhunun telinəcən...
Səssiz duam yol gəlir -
Evinə, elinəcən!
Anlayanlar daşıyır
Bu duamı öcündə...
Səsli deyirəm indi -
Dilbilməzlər üçün də!..
Gözdən bulud oxuyan -
Yerdə, göydə tək Allah!
Mənə ümid verməyi -
Yar könlünə ək, Allah!

1204 oxunub

InvestAZ