XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Kamran Nazirli:- HƏRDƏN BELƏ DƏ OLUR
Ədəbiyyat 21:51 / 22.05.2022

Səhər yuxudan təzəcə durmuşdum, yerimdə qurcalanırdım. Telefonum qəflətən cingildədi.
- Bali, toyuqları göndərdim...- birisi salam-kəlamsız bildirdi.
- Bağışlayın, hara zəng vurmusuz?
- Alyo...alyoo... Mirzəbala, sənsən?
- Yox, səhv düşmüsüz... - düyməni basdım, uzun-uzadı danışmağa həvəsim də olmadı. Bir neçə saniyədən sonra telefonum yenə cingildədi. Baxdım ki, həmin nömrədi. İstədim götürməyəm, amma telefon susmaq bilmirdi, açdım:
- Bəli...
- Mirzəbala, toyuqları göndərdim...birini 12 manata...
- A bala, dedim axı səhv düşmüsən...
- Alyo, alyo, Bali deyil?
- Yox! – deyib bağladım telefonu. Bir azdan yenə zəng gəldi. Adam əl çəkmir, soruşur:
- Alyo, Mirzəbala deyil?
- Yox!
- Qulaq as, bə bu axı Balinin nömrəsidi...
- Ay adam, dedim axı, Mirzəbala deyil, bu mənim nömrəmdi...Bali kimdi?
- Kimdi danışan?
- Mirzə Belmando!
- Kim?
- Belmando... Mirzə Belmando...
- Aaaaaaaa...Bə Mirzəbala hardadı? (Fərqinə varmadan soruşur).
- Gedib toyuqların dalınca...
(Səhərdən telefonumu söndürmüşəm. Az öncə açıb görürərm ki, Mirzəbalanı axtaran adam düz qırx dəfə zəng vurub, deyəsən yorulub, daha zəng vurmur. Görünür, Mirzəbalanı tapıb).
22 may 2022-ci il.

1430 oxunub

InvestAZ