Bu gun buludlar doldu,yağmadı ! Onların yerinə mən-yağdım !
Tanrıda sözdü-dilimdə,
ona da sözdən baxıram !
Kimsələrə görünməyən
içimə,közdən baxıram !
Yumadı bəxtimin yolun
göy yağışı,gözün suyu !
İlahi ! nədi bu oyun ?!
gecəmə tezdən baxıram !
Kimi yarıtdı yaradan,
paxıl deyiləm o,sarıdan !
Qan töküb,yara sarıdan
sənə də,üzdən baxıram !
Yaxından hər şey umulur,
dərd yox,Adam unudulur !
Üzdəki gözüm yumulur,
içdəki gözdən baxıram !
Əyin-başı sözdən biçdim,
Ömrü-kəmturş şərab içdim!
Öz yolumu daha keçdim,
geriyə bezdən baxıram !
Tanrıda sözdü-dilimdə,
ona da sözdən baxıram !
Kimsələrə görünməyən
içimə,közdən baxıram !
3213 oxunub