XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Bulvarda 203 metrlik Aypara Sarayı… - Foto
Maraqli 15:27 / 20.05.2022

Xəzər sahilində, bulvar ərazisində xüsusi dizaynı ilə seçilən binalardan biri də "Aypara sarayı və şəhərciyi”dir.

Yenises.az  Axar.az-a  istinadla xəbər verir ki, kompleksin təməli 2013-cü ilin avqustunda atılıb. Tikintiyə isə 2019-cu ildə Nazirlər Kabineti tərəfindən rəsmi şəkildə icazə veriləndən sonra başlanılıb və hələ də davam edir.

Paşa İnşaat MMC-dən bildirilib ki, binanın təhvil veriləcəyi tarix hələ dəqiq məlum deyil.

Qeyd edək ki, layihə haqqında ilk dəfə 2008-ci ilin fevralında Koreyanın "Heerim Architects” şirkəti məşhur memarlıq icmalı skyscrapernews.com saytında məlumat paylaşıb. 57,2 metr hündürlüyü olan "Aypara sarayı” 32 mərtəbədən ibarətdir. Binada 128 modern yaşayış mənzili olacaq.

"Aypara oteli”nin isə hündürlüyü 166,6 metr, mərtəbələrinin sayı 36-dır. Binalar arasında ən uca "Aypara şəhərciyi”dir ki, hündürlüyü 203,8 metrə çatır və 41 mərtəbədən ibarətdir. Bu binada yalnız ofislər yerləşəcək.


1230 oxunub

InvestAZ