XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022



Bakıda polis özünü təhlükəyə ataraq tüstüdən zəhərlənən şəxsi xilas edib -FOTO
Maraqli 12:05 / 20.05.2022

Ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı bir nəfər vətəndaş tüstüdən zəhərlənərək evdə huşsuz halda qalıb.

Daxili İşlər Nazirliyindən  Yenises.az-a bildirilib ki, köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etmək üçün Nəsimi RPİ-nin əməkdaşı polis serjantı Elnur Əhmədov həyatını təhlükə altına ataraq onu xilas etmək üçün yanğın baş verən mənzilə daxil olub.

Polis əməkdaşının şücaəti nəticəsində vətəndaşın həyatı xilas edilib və o, hadisə yerində olan təcili yardım stansiyasının həkimlərinə təhvil verilib.


1388 oxunub

InvestAZ