XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022



Küləkli hava şəraiti nə vaxtadək davam edəcək? -AÇIQLAMA
MƏMLƏKƏT 10:25 / 20.05.2022

Bu gün Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti davam edəcək.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O bildirib ki, axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacaq: "Mayın 21-i səhər saatlarından etibarən külək zəifləyəcək. Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.

G.Məmmədova əlavə edib ki, bölgələrdə də yağıntılı hava şəraiti davam edəcək. Mayın 21-dən səhər saatlarından yağıntı kəsiləcək.


19985 oxunub

InvestAZ