XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022



Türkiyədən Avropaya miqrasiya xəbərdarlığı
SİYASƏT 09:19 / 20.05.2022

Yunanıstanın Egey dənizində miqrantları geri qovması ölümlərə səbəb olur.

Yenises.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Bu fəaliyyətə "Fronteks”in də qoşulması son dərəcə təəssüfləndiricidir. Heç bir şeylə bunu əsaslandırmaq mümkün deyil. Türkiyə 2014-cü ildən bəri dünyanın ən böyük miqrant köçünə sahiblik edir. Xüsusilə də Ukraynada müharibənin ortaya çıxmasından sonra əlavə 125 min miqranta da ev sahibliyi edir”, - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, "Fronteks" Avropa İttifaqının sərhəd təhlükəsizliyi təşkilatıdır.(axar.az)


1586 oxunub

InvestAZ