QURTARSIN
Qanadım yoxdu ki,bu dərdin üstən,
Bir dəfə quş kimi səkim, qurtarsın.
Sənin həsrətini harda azdırım,
Başımdan hayanda əkim, qurtarsın.
Etmə hər yetənə ətəklik məni,
Elə bal eşqinə pətəklik məni,
Öldürüb qurtardı bu təklik məni,
Mən necə eləyim təkim qurtarsın.
Yalandı kim desə əjdaha mənə,
Bu sevgi oturdu çox baha mənə,
Deyirsən üz tutma sən daha, mənə,
Məni bu ağrıdan bə kim, qurtarsın.
Uğradım qədərim-qəzam nədisə,
Yükümü elə ver, əzam nədisə,
Kəs mənə biryolluq cəzam nədisə,
Mən də adam kimi çəkim qurtarsın..
Tutulmuş gözümə zövqü-səfa ver,
Son sözü yenə də son insafa ver,
Mənə özün yetiş, özün şəfa ver,
Qoyma bu yaranı həkim qurtarsın..
Bütün çilçıraqların fövqündə sən durursan..
Qəlbmizdə dövr edib, nəbzimizdə vurursan.
Hər gün ürəyimizdə hakimiyyət qurursan..
Atam.