İsmayıllı Rayon Polis Şöbəsinə İvanovka kəndində yerləşən
mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Gecə
saatlarında obyektə daxil olan naməlum şəxs oradan nəğd pul, tütün
məmulatları, müşahidə kameralarının yaddaş qurğusunu, kassa aparatını,
100 manat dəyərində "Poz, qazan” lotereyalarını və digər ərzaq
məhsullarını oğurlayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata
görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxsin Göyçay şəhər
sakini, əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün
məhkum olunmuş İlqar Mustafayev olduğu müəyyən edilib. O, şübhəli şəxs
qismində saxlanılıb və əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri
davam etdirilir. İlqar Mustafayev barəsində də məhkəmənin qərarı ilə
həbs qətimkan tədbiri seçilib.