Görən hansı duadasan?
Əl açıb istəyim səni.
Razıyam lap göz yaşımla ,
Suvarıb bəsləyim səni.
Gözlərimə tor atmısan,
Yuxuma haram qatmısan,
Hansı ürəkdə yatmısan,
Çağırıb səsləyim səni.
Yollarından dönüş üçün,
Yanağında gülüş üçün,
Bir dodaqlıq öpüş üçün,
Gərək əzizləyim səni.
4541 oxunub