XƏBƏR LENTİ
20 May 2022
19 May 2022



Rəfail Tağızadə : - O əllər
Ədəbiyyat 07:18 / 14.05.2022

Hər səhər, hər axşam o pəncərədən
məni yola salan, mənə əl edən,
arxamca su atan, "yaxşı yol” deyən,
o əllər çağırsam gələrmi yenə?
Üzümün sığalı itib nə vaxtdı,
saçımın tumarı itib nə vaxtdı,
köksümdə min qubar bitib nə vaxtdı…
O əllər çağırsam gələrmi yenə?
Zamanın nə fərqi, günün nə fərqi,
sevinci apardı, vər saldı dərdi,
gedişi könlümə bir kölgə sərdi.
O əllər çağırsam gələrmi yenə?
Əlimə əl dəyər, üzə qan gələr,
dil açıb danışar, cana can gələr,
məni yuxulardan oyadan gələr.
O əllər çağırsam gələrmi yenə?
Ömrümü bəzərmi, bəzərmi yenə?


1705 oxunub

InvestAZ