XƏBƏR LENTİ
22 May 2022
21 May 2022
21:38
20 May 2022



Fransa XİN Türkiyənin Baş konsulluğuna hücumu pislədi
DÜNYA 22:40 / 13.05.2022

Fransa Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Parisdəki Baş konsulluğuna hücumu pisləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə bu gün Fransa XİN-in nümayəndəsi bildirib.

Qeyd edək ki, ötən gün Türkiyənin Parisdəki Baş konsulluğuna bomba atılıb. Hadisə nəticəsində konsulluğun divarları zədələnib, şüşələr sınıb. Hadisə zamanı zərər çəkən olmayıb.

Hadisəyə görə heç kim məsuliyyəti üzərinə götürməyib. Polis hücumu törədənləri axtarır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib ki, Fransanın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.



649 oxunub

InvestAZ