XƏBƏR LENTİ
20 May 2022
19 May 2022



Kəramət : - Harda qaldıq? Bilmirəm ...
Ədəbiyyat 15:13 / 13.05.2022


Hardan başlayacağımı da...
nəsə deyəcəkdim..yadımdan çıxıb
silkələnən barmaq kölgəsinin
"Yuğ" teatrında
polisin, hərbçilərin addım səsləri
tap-tap-tap
ayaqaltına düşən ürəklər , tup-tup-tup
döyünər gup-gup-gup
yalan püsgürər səsini titrədən
əl-q0l atan populist, ritorik şairlər
şap-şap-şap.
hə..yadıma düşdü
yarpaq pıçıltısında
körpə mışıltısında
dağ çaylarının qıjıltıında qalmışdıq
ordan başlayaq...addım atmağa
yoxsa, bütün yollar
səhra heçliyində itirəcək hamını.
r



1712 oxunub

InvestAZ