XƏBƏR LENTİ
22 May 2022
21 May 2022
21:38
20 May 2022



Əbülfət MƏDƏTOĞLU :- ŞƏKİLLƏ SÖHBƏT şeiri...
Ədəbiyyat 07:51 / 13.05.2022

Mən gözünün önündə
İşıq, işıq sönürəm...
Allahın hər günündə -
Qaşıq, qaşıq ölürəm...
Çəkdiyim cəzaların
Unutdum qəzaların...
Həsrətin əzaların -
Aşıq, aşıq bölürəm...
Durna bir lələk salıb
Görən...xəyala dalıb...
Asiliyə az qalıb-
Deyən, mən də çönürəm...
Duam bir ləçək şeir,
İynə ucu ümid ver...
Günəşsən, mən isə yer -
Hey başına dönürəm!..

1564 oxunub

InvestAZ