XƏBƏR LENTİ
22 May 2022
21 May 2022
21:38
20 May 2022



Sevinc Qərib :- UZAQLARIN ADAMI
Ədəbiyyat 09:14 / 08.05.2022

Uzaqların adamı,
səsimi duyursanmı?
Bircə dəfə özünü
yerimə qoyursanmı?
Bilirsənmi gecəmə
darışıb ölü hüzün?
Xəstəyəm- şəfam olar
bircəcə "gülüm” sözün.
Könlümə yatmır bahar,
çişəklər yas içində.
Ürəyim ləlik düşüb
dəli həsrət köçündə.
Dualara bürünüb,
ümidə köklənmişəm.
Hamı, hər kəs yanımda,
bir səndən təklənmişəm.
Mən divanə, sən dəli,
ruhumuz havalarda.
Sənə məğlub oluram
özümlə davalarda.
Xəyallardan körpü qur,
yaxın elə uzağı.
Nəfəsini yorğan et,
canı çıxsın sazağın.
Uzaqların adamı,
səsimi duyursanmı?!...


2676 oxunub

InvestAZ