XƏBƏR LENTİ
10 Avqust 2022
09 Avqust 2022



Azərbaycanda DƏHŞƏT: Ev sahibi diri-diri yandı - YENİLƏNİB
MƏMLƏKƏT 10:00 / 06.04.2022

Fövqəladə Hallar Nazirliyi Şəmkirdə bir nəfərin ölümü ilə nəticələnən yanğın barədə məlumat yayıb.

Nazirlikdən   Yenises.az-a bildirilib ki, rayonun Əliyaqublu kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Məmmədova Cəmilə İsmayıl qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

5 aprel, saat 22:56

Şəmkirdə yanğın baş verib.

Yenises.az apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb. Kənd sakini Cəmilə Məmmədovaya məxsus evdə anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı hadisə yerində ev sahibinin meyti aşkarlanıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.


11676 oxunub

InvestAZ