XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Maddi yardım gələn ildən illik pensiyaların tərkibinə daxil ediləcək
İqtisadiyyat 14:40 / 08.02.2022

Artımlardan sonra Azərbaycanda pensiyaların məbləği açıqlanıb.

Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov deyib ki, atrtımlardan sonra staja görə pensiyaya çıxanların pensiya məbləği 360 manata, yaşa görə əmək pensiyasına çıxanların pensiya məbləğlərinin isə 385 manata çatacağı proqnozlaşdırılır.

O əlavə edib ki, maddi yardımın 2023-cü ilin əvvəlindən pensiyaçıların illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə pensiyalar artırılıb və əlavə olaraq pensiyaçılara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım ayrılıb.


7206 oxunub

InvestAZ