XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Rusiya veteranlarından Njde haqqında filmin nümayişinə sərt təpki
DÜNYA 20:16 / 28.01.2022

Rusiya veteranları Rusiya Erməniləri İttifaqının faşist Qaregin Njde haqqında film nümayiş etdirməklə Ermənistan ordusunun gününü qeyd etmək təşəbbüsünə qarşı çıxıblar.

Yenisəs.az  bildirir ki, "Rusiya veteranları” ümumrusiya ictimai hərəkatı nasizmin və onun əlaltılarının reabilitasiyası üçün bu məsələnin araşdırılmasını və buna hüquqi qiymət verilməsi xahişi ilə Rusiya baş prokuroru İqor Krasnova müraciət edib.

Veteranların müraciətlərində qeyd edilir ki, film Böyük Vətən Müharibəsi illərində Hitlerə xidmət edən erməni millətçisinin tərənnümünə həsr olunub.

"Nasist cinayətkarlarına və onların ortaqlarına haqq qazandırmaq üçün edilən istənilən cəhdlər sadəcə tarixin saxtalaşdırılması deyil, eləcə də əxlaqsız xarakter daşıyır”, - veteranlar bildiriblər.



8788 oxunub

InvestAZ