XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



"Rusiyaya hücum edilərsə, Belarus..." – Lukaşenko açıqladı
DÜNYA 19:45 / 28.01.2022

Belarus Prezidenti Aleksandr Lukaşenko müharibənin hansı hallarda mümkün olacağını bildirib.

Yenisəs.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə o, Belarus xalqına və Milli Məclisə müraciətində danışıb.

"Bəli, müharibə olacaq. Ancaq yalnız iki halda”, – deyə A.Lukaşenko qeyd edib.

Onun sözlərinə görə, birincisi, əgər Belarusa birbaşa təcavüz edilərsə, ikincisi, onun müttəfiqi olan Rusiyaya hücum edilərsə, müharibə mümkündür: "Bu zaman Belarus da müttəfiqlik sazişləri çərçivəsində müharibəyə qoşulacaq".

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya müharibə istəmir, lakin onun təhlükəsizlik maraqlarının diqqətdən kənarda qalmasına imkan verməyəcək.

Yanvarın 21-də Lukaşenka gözlənilməzlik və rəhbərliyin qeyri-adekvatlılığı halında Ukrayna ilə sərhədi qorumağa çağırıb.


6789 oxunub

InvestAZ