XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Əbülfət MƏDƏTOĞLU: DÜNYANIN DƏRDİ...
YAZARLAR 15:51 / 27.01.2022

Əslində bu  yazının başlığı bir atalar sözündən götürülüb və ona da bir balaca əl gəzdirmişəm. Çünki atalar həmin o müdrik kəlamı belə ifadə ediblər: "Hərənin dərdi özünə   bir dəvə yükdü!".

Bəli, indi mən  bu atalar sözünün daxilinə işıq  tutarkən  qarşıma bir məqsəd qoymuşdum. Məqsəd də  bundan ibarətdir ki, öz dərdimlə dünyanın dərdini üz-üzə gətirim,qarşılaşdırım, görüm hansı ağır gəlir. Bu da səbəbsiz deyil. Bəli, bu fikrə düşməyimin səbəbi dünya KİV-ləri oldu. İstə   internet saytları, istər qəzetlər, istər ekran və efirlər, bir sözlə, hansı  birinə üz tutursansa, mütləq qeyri-adi bir xəbərlə qarşılaşırsan. Bilmirsən güləsən,yoxsa ağlayasan?..

Hə, indi bu  dünya doğrudan-doğruya ağlamalı, gülməli günə qalıbdı. Elə bir günə qalıb ki, dərddən  başını itirib. Əgər bu dünya dərddən başını itirməsəydi, onda üst-üstə yığdığı  dərdələrin içində, heç olmasa, bir fərli dərdi ilə seçilərdi, öyünərdi. Vallah,bu dünyanın öyünəsi, sayılıb-seçilən heç bir dərdi yoxdu. Əgər varsa, onu da  şəxsən  mən   çəkməyə  hazıram. İnanmırsınızsa, onda dünyanın gündəmində olan dərdlərinə gəlin birlikdə   nəzər salaq.

Gündəlik xəbərlərə  göz yetirirəm. Məlum olur ki, dünyanın harasındasa qeyri-adi bir hadisə baş   verib. Bu hadisə də ondan ibarətdir ki,sən demə   otellərin birində oturub zürafə ilə   nahar etmək mümkündü??!! Dərdə baxın, insan bu xəbəri oxuyur və zürafə ilə   nahar edənə həsəd aparır. Və yaxud dünyanın başqa bir yerində ərə gedib, ailə  qurub xoşbəxt olmağı yadından çıxaran birisi özünə 500 gəlincik alıb  və  işi-gücü də bu 500 gəlinciyin arasında yatıb-durmaqdı. Sadəcə, onun bir   problemi yar: həmin gəlinciklərdən hansını qucaqlayıb yatmağı bəzən müəyyənləşdirə  bilmir??!! Dərdə bax e, sən Allah!

Və yaxud  dünyanın tamam başqa bir yerində insanlar ürəklərini boşaltmaq üçün fikirləşib  bir üsul tapıblar. Həmin üsulun qaydası budur ki, 1,5 avro pul ödəyirsən, sonra   düz bir dəqiqə dünyanın ən biədəb sözlərindən ibarət söyüşlər söyüb ürəyini   boşaldırsan??!! İndi siz dünyanın o yerindəki dərdə də baxın də?

Şəxsən mənim  tanıdığım adamlar var ki, onlar heç pul-zad da ödəmədən istədikləri vaxt, istədikləri  yerdə ən biədəb söyüşləri söyüb kef edirlər. Hamı da bunu onların qüsuru hesab   etdiyindən üstlərinə getmir, necə deyərlər, sözlərinin başına ip salmırlar.İndi mən   həmin  adamların   maddi durumlarından yaxşı xəbərdar olduğumdan fikirləşirəm ki, bax həmin adamlar pul ödəməli olsaydılar, yəqinki, danışmağı özlərinə qadağan edərdilər, nəinki söyüş söyməyi!!!

Dünyanın başqa  bir yerində son dərəcə qəribə bir dərd özünü göstərib. Yüzlərlə tısbağa  sahibindən xəbərsiz fermadan qaçıb... 

Hə, bütün bu dünyanın özünə mətbuat vasitəsiilə dərd etdiyi hadisələrin bir qismini sizə xatırlatmaqla mən həm dünyanın dərdinə şərik oluram, həm də dünyanın nə durumda, hansı gündə olduğunu sizlərə  çatdırmaq istəyirəm. Düşünürəm ki, hardasa bir sərçənin işıq xəttindən asılı  qalması, bir tısbağanın qoruqdan qaçması, bir çaqqalın zooparkı tərk etməsi və  sair və ilaxır, sən demə, əməlli-başlı dərd imiş, mənim xəbərim olmayıb. Neftin qiymətinin oynaması -dərd... Tütünün  qiymətinin qalxması - dərd... Bazar -tükanda  qiymətlərin  oynaması   - dərd...Dərmanlar bahalaşması  -dərd... müalicə ödənişində artım - dərd..  təbii fəlakətlər - dərd...siyasi  böhranlar - dərd... hərbi  qarşıdurmalar -dərd...Rus- xaxol  söhbəti  dərd.. ABŞ- ın  harınlığı  dərd... terror  dərd...Yer corafiyasının dörd  bir  tərəfindəki  olaylar  dərd...qəzalar  dərd...GOVİD-19  isə lap  SUPER  dərd! - özü  də  gündəlik  törəmələri  ilə...

Mənəvi  dünyamızda təhsil  ödənişi - dərd ... Göbək nümaişi- dərd... şou savaşı -dərd... bir sözlə həyat - dərd... yaşam - dərd!.. iş  dərdi...çörək  dərdi...ev  dərdi...

Hə ,  mənim başım  öz  dərdlərimə  qarışdığından  dünyanın  bu  boyda   dərdlərindən  xəbərsiz  olmuşam...Dünyanın  saymadığım başqa dərdlərindən xəbərim olmayıb! Elə xəbərim olmadığına görə mən dəoturub-durub dünyanı qınayıram ki, niyə mənim halıma yanmır, dərdimə qalmır. Səndemə, mənim dərdim dünyanın dərdlərinin sırasında heç sonuncu da deyilmiş. Necədeyərlər, dərd dünyanınkı imiş??!!

Bu yerdə yadımarəhmətlik Məmməd Arazın bir beyti düşür:

Məni qınayanınbeləsi belə,

Mən belədünyanın nəyindən küsüm...

Hə, indi özünüz  nəticə çıxarın və dərdinizi özünüz çəkin, dünyaya umud olmayın. Yoxsa bu gedişlə   şamsız da qala bilərsiniz.



5258 oxunub

InvestAZ