XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Əbülfət MƏDƏTOĞLU:- SÜKUTUN ŞEİRİ
Ədəbiyyat 09:17 / 27.01.2022
Durduğum yer quyu dibi 
 Heç belə sükut olmayıb... 
 Sökülübdü göyün cibi - 
 Yağsa da , bulud olmayıb... 

 Donubdu sanki həyat da 
 Sükut qamarlayıb yeri... 
 Təklik - mənimçün həyatda - 
Yonub, hamarlayıb yeri... 

Susub Allahın daşı da 
 O da ,ağzına su alıb... 
 Görüb çatılan qaşı da- 
 Kirpik dibinə su salıb... 

Ölçüsü, çəkisi  itib
Bilinmir  dadı, tamı da...
Bu  sükut  ortada  bitib -
Şübhə  yaradıb  hamı da!

... Məkanım, halım can sıxan, 
 Sükut da fərqli bir kədər... 
Sükutu əlinə yığan - 
 Uyma ilğıma , bu qədər!

4011 oxunub

InvestAZ