XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



YERDƏKİ MƏLƏYƏ MƏKTUB - Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 21:36 / 23.01.2022

Bu həyat yük - çiynimdə - 
Yordu yaşamaq məni! 
Bu qədər dərd əynimdə - 
 Yordu, daşımaq məni!.. 

 Bu qədər söz və dilək , 
 Çevrilib səssiz aha... 
 Bu qədər meh və külək... 
 Yoldu - gedir sabaha... 

 Bu qədər yalvarış və 
 Bu qədər bitməz dua ... 
 Ölüm, yoxsa olum nə? - 
 Səsim çatsın Allaha! 

 Bu qədərsiz qədərin, 
 İçində sən. bir də mən... 
 Sil gözümün kədərin - 
 Nə qədər ki, yerdəsən!


5974 oxunub

InvestAZ