XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Gəncədə zəncirvarı qəza
KRİMİNAL 10:28 / 23.01.2022

Gəncə şəhərində zəncirvarı yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib, nəticədə arxada gələn "AzSamand” markalı avtomobil "Mercedes”ə, "VAZ-2106” markalı avtomobil isə hər iki avtomobilə çırpılıb.

Şahidlərin sözlərinə görə, "Mercedes”in sürücüsünün qəfil əyləcdən istifadə etməsinə yolu düzgün yerdən keçməyən piyada səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


6715 oxunub

InvestAZ