XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Maşın ana və azyaşlı övladlarını vurub
KRİMİNAL 10:20 / 23.01.2022

Bakıda avtomobil ana və övladlarını avtomobil vurub, uşaqlardan biri ölüb.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil 1992-ci il təvəllüdlü Əliyeva Bahar Fəxrəddin qızını, onun azyaşlı övladları - 2015-ci il təvəllüdlü Əliyev Əli Zaman oğlunu və 2017-ci il təvəllüdlü Əliyev Fərid Zaman oğlunu vurub. Hadisə zamanı 7 yaşlı Əli Əliyev dünyasını dəyişib. Bahar Əliyeva və Fərid Əliyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

F.Əliyevin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.


8429 oxunub

InvestAZ