İran prezidenti İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.
Yenisəs.az "Unikal"-a istinadla xəbər verir ki, prezidentlər ikitərəfli və regional əməkdaşlıq perspektivini müzakirə edib, əməkdaşlığın gücləndirilməsinin zərurətini vurğulayıblar.
İran Prezidenti İbrahim Rəisi bildirib ki, İranın Türkiyə ilə əməkdaşlığa baxışı uzunmüddətli və hərtərəflidir.