XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Bərdədə 32 yaşlı kişi GÜLLƏLƏNDİ
KRİMİNAL 20:28 / 22.01.2022

Bərdədə güllələnmə hadisəsi baş verib.

Yenisəs.az xəbər verir ki, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb. 1990-cı ilə təvəllüdü Hüseynov İsrafil Hümbət oğlu odlu silahdan atılmış iki güllə yarası alıb.

Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat edilib. Xəstəxanadan əldə edilən məlumata görə yaralının vəziyyəti ağırdır.

Hadisənin səbəbi tam olaraq məlum deyil. Faktla bağlı araşdırma başlanıb.


6744 oxunub

InvestAZ