XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Putin və Paşinyan sərhədlərin delimitasiyası və demarkasiyasını müzakirə etdi
SİYASƏT 17:18 / 22.01.2022

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Yenisəs.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, danışıqlar zamanı tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarında əks olunmuş razılaşmaları, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsini müzakirə edib.

V.Putin və N.Paşinyan ATƏT-in Minsk qrupu həmsədrlərinin xətti ilə işin davam etdirilməsinin məqsədəuyğunluğunu qeyd edib.


3991 oxunub

InvestAZ