XƏBƏR LENTİ
29 May 2022
28 May 2022
27 May 2022



1 614 nəfər koronavirusa yoluxdu, 16 nəfər öldü
Sağlamlıq 17:05 / 22.01.2022

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 614 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Yenisəs.az-a  məlumat verilib.

Son sutkada 16 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 632 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 766 nəfər müalicə olunaraq sağalıb, 8 597 nəfər vəfat edib. 11 671 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 846, bu günə qədər isə ümumilikdə 6 056 428 test icra olunub.



4599 oxunub

InvestAZ