XƏBƏR LENTİ
29 May 2022
28 May 2022
27 May 2022



Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətlə bağlı bəyanat yaydı
SİYASƏT 16:59 / 22.01.2022

Rusiya Azərbaycanla Ermənistan arasında sərhəddə vəziyyətin tənzimlənməsi üçün ardıcıl səylər göstərir. Təəssüf ki, orada bəzən silahlı insidentlər baş verir, insan itkisi qeydə alınır.

Yenisəs.az xəbər  verir  ki,  bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

"Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və sonrakı demarkasiyası üzrə ikitərəfli komissiyanı tezliklə formalaşdırmaq və işə salmaq lazımdır. Biz bu prosesdə Bakı və İrəvana məsləhət köməyinə hazırıq. Hesab edirik ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunması prosesinə qoşulmaq istəyən iştirakçılar tərəflərin maraqlarını rəhbər tutmalı və Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmalarını nəzərə almalıdır", - bəyanatda qeyd edilir.


6327 oxunub

InvestAZ