XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prioritet məsələdir
SİYASƏT 20:48 / 21.01.2022

Bu gün qarşıda duran prioritet məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınması, eləcə də regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasıdır.

Yenisəs.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, bu istiqamətlərdə inkişafın əldə olunması Bakı ilə Yerevan arasında münasibətlərin normallaşmasında ciddi irəliləyişə nail olmağa imkan verəcək.

"Biz Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaların tam reallaşdırılmasının zərurətini rəhbər tuturuq" - bəyanatda deyilir.


3391 oxunub

InvestAZ