"Prezident Vladimir Putin özünü yaxşı hiss edir və işgüzar əhval-ruhiyyədədir”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin "Vladimir Putində koronavirusun əlamətləri müşahidə olunurmu?” sualına cavab verərkən söyləyib.
Qeyd edək ki, Rusiya lideri 2021-ci ilin noyabrında "Sputnik layt” peyvəndi ilə revaksinasiya olunub.