Biz
torpaqlarımızın 30 il düşmən tapdağı altında olduğundan tez-tez söhbət açırıq.
Və eyni zamanda Zəngəzur dəhlizinin,
Göyçə mahalının bizim torpaqlar olduğunu vurğulayırıq. Deməli biz özümüz tarixi
saxtalaşdırırıq. Yəni özümüzə düşmən kəsilir, bilərəkdən düşmən dəyirmanına su
tökürük. Axı bizim torpaqların ermənilər
tərəfindən istilası hələ keçmişdən, 1813-cü ilin Gülüstan müqaviləsinin
imzalandığı vaxtdan başlayır. Buna görə də biz təkcə Qarabağdan söhbət açmalı
deyil, bir az dərinə gedərək, Gülüstan müqaviləsinin imzalandığı vaxta, 209 il
bundan qabağa nəzər salmalıyıq. Və bir az dərindən fikirləşəndə, görürsən ki,
biz tərəfdən müqavilələr imzalayanlar, heç də təkcə qarşı tərəfin təzyiqindən
qorxmayıblar. Onlar öz şəxsi mənlərini xalqın, torpağın taleyindən üstün
tutublar. Bu torpaq satışı onların şəxsi maraqlarına xidmət edib.
Atalar
sözümüz olan " Yersiz gəldi, yerli qaç” deyimi boş yerdə peyda olmayıb. Bu ifadənin
arxasında yüz illərin sınağı və qınağı durur. Biz nədənsə ürəyiyumşaqlıq, rəhmdillik
edərək, düşmənə həmişə güzəştə getmişik. Halbuki elə güzəştin özünün məğlubiyyət
anlamına gətirdiyinin şahidi oluruq.
Ermənilər Tərtərdə
" Marağa-150” abidəsini, onların bura İrandan gəlmə, yadelli olduqlarını təsdiqləyən,
öz əlləri ilə inşa edilən bu sübutdan, dəlildən yaxa qurtarmaq istəyirdilər.
Buna da nail ola bilmədilər.
Axır ki,
bütün dünyada erməni mifi dağıldı, özlərini qədim və mədəni xalq kimi qələmə
vermək istəkləri puça çıxdı. Hər bir hərəkətləri ilə onların hələ xalq
kimi formalaşmayaraq, torpaq, dövlət
sahibi olmaq iqtidarında olmadıqlarını özləri sübuta yetirdilər. Çünki tarixi
saxtalaşdırmaq ( qəsdən) qeyri mümkündür.
Yaxşı
yadımdadır, Moskvada "Komplektenerqo” şirkətində işləyərkən şirkətin
direktorunun kabinetində oturub televizora baxırdıq. Televizorda üzünü tük
basmış erməni məhbus əlini qulağının dibinə qoyub oxuyurdu. Mahnının nəqarətində
" qara bəxtim” sözləri var idi. Spitakdan və Stavropoldan olan iş yoldaşlarım
ermənilərdən soruşdum ki, yerliniz nədən
oxuyur? Hər ikisi bildirdilər ki, mahnının sözlərini başa düşürlər, amma tərcümə,
izah edə bilmirlər. Məhbusun nədən oxuduğunu və nə demək istədiyini ruslara
izah etdim. Ermənilər yerlərindən, hə, yerli düz tərcümə edirsən, məhz dediyin
kimi, oxuyur deyib, bir ağızdan mənim söylədiklərimi təsdiqlədilər. Şirkətin
direktoru və başqa ruslar təəccüblə baxdılar ki, bu necə olan işdir. Ermənilər
öz dillərini bizə başa sala bilmirlər,
azərbaycanlı ( mən ) isə bunu ətraflı və dəqiq çatdıra bilirəm. Mən fürsətdən
istifadə edib, mövzunu xeyli genişləndirdim. Ətrafdakıları başa saldım ki,
bunların məkrləri, məqsədləri və xislətləri nədən ibarətdir. Yəni ermənilər
qaraçı tör-töküntüləridirlər. Tarixə nəzər salsaq, onların torpaqlarının ( dəqiq)
olması məsələsi şübhəlidir. Əlifbaları həbəş ( efiop ) əlifbasıdır. Bayraqları
da Kolumbiya bayrağıdır. Dilləri də əlifbaları, bayraqları kimi oğurluqdur. Erməni
dilində olan 3 min sözdən 1400-ünün şərq sözləri, yəni türk, azərbaycan və fars
sözləri olduğunu qətiyyətlə bildirdim. Onu da xüsusi ilə vurğuladım ki, əlifbası,
bayrağı, dili, torpağı oğurluq olan " xalq” heç vaxt qədim sayıla bilməz.
Bunların oğurluq qanlarındadır. Oğurlaya-oğurlaya gedirlər, sonunu, axırını heç
fikirləşmirlər də.
SSRİ
dağılana yaxın ermənilərdən biri Moskvada mərkəzi qəzetlərdən birində ermənilərin
qədim və mədəni xalq olduqlarını tərifləyən bir yazı çap etdirmişdi. Onu da
vurğulamışdı ki, " Ayaq üstə ölmək, diz çöküb yaşamaqdan yaxşıdır” kimi erməni
atalar sözü var. Baxın bu çox da böyük olmayan xalqın fəlsəfəsi necə güclüdür.
Düşüncə tərzləri də guya olduqca aqil və müdrikdir.
Qəzetin baş
redaktoru əvvəllər bizim institutda müəllim işləmişdi. Ona telefonla zəng edib
iradımı bildirdim və bu atalar sözünün mənbəyini xatırlatdım. Bir az fikrə gedib sabah, saat
ikidə redaksiyaya gəlməyimi xahiş etdi. Səhəri gün redaksiyaya yollandım.
Redaktorun yanında bir şəxs də var idi. ( Sən demə erməni müəllif imiş) Redaktora qəzetdə erməni atalar sözü kimi təqdim
olunan deyimin 1939-cu ildə İspaniyada general Franko rejimindən bezən, böyük əzablar
çəkən ispan xalqının qızı, o vaxt İspaniyada Kommunist Partiyasının baş katibi
olan Dolores İbarruri tərəfindən deyildiyini təsdiqlədim. Redaktor başının işarəsi
ilə söylədiklərimi təsdiq etdi və ermənini kabinetdən qovdu...
Böyük
tirajla çıxan "Nezavisimaya qazeta” da
bir rus müəllifin talışlar haqqında yazısı çap olunmuşdu. Guya Azərbaycanda 1
milyon talış yaşayır və onları
sıxışdırırlar. Yazıda ona da ehyam vurulurdu ki, Azərbaycanda 1 milyona yaxın
rus, o qədər də ləzgi və erməni yaşayır. "Azərbaycanda azərbaycanlılar
yaşayırmı?” adlı cavab yazdım və elə həmin qəzetdə çap etdirdim. Onu da qeyd
etdim ki, əgər Azərbaycanda bu sayda
başqa millətlərin nümayəndələri yaşayırsa, bəs burada azərbaycanlılar da
yaşayırmı ? Mənim bu cavab yazımdan sonra o müəllifə töhmət verildi və sonra
aydın oldu ki, yazı Moskvadakı erməni lobbisinin sifarişi ilə yazılıb.
Mən gəncliyimdə
nə gizlədim, qəlbimin dərinliyində inciyirdim ki, bizlərə erməni kimi mənfur
düşmənlə qonşuyuq. Sonra bir az dərindən düşünəndə gördüm ki, bizləri erməni
kimi mənfur düşmənlə kim qonşu edib. Erməniləri
bizə qonşu ruslar sırıyıblar. Özü də bizim əzəli torpaqlarımızda.
Ruslar
Türkiyənin daxilində onun işlərinə birbaşa müdaxilə edə bilmirdilər. Buna görə
də Türkiyə ilə həmsərhəd olan ( Azərbaycan torpağını ələ keçirməklə ), süni
yolla yaradılan, Azərbaycanı qardaş Türkiyədə ayıran Rusiyanın " uzaqgörən”siyasətinin
məhsulu olan vassal Ermənistan yaradıldı. Ermənistan vasitəsi ilə Azərbaycan və
Türkiyənin işlərinə qarışmaq, regionda xaos, hərc-mərclik yaratmaq çətin
deyildi.
... İsraili də
Yaxın Şərqdə, müsəlman ərəb ölkələrinin arasında süni yolla yaratdılar
ki, bu həmişə alovlanan ocaqdan öz məqsədləri üçün istifadə etsinlər. Müsəlmanları
Yaxın Şərqdə baş qaldırmağa qoymayanlar üçün bu çox güclü silahdır... Əvvəlcə
"başbilən”lər yəhudi dövlətini Amerikanın ştatlarından birində yaratmaq məqsədi
güdüblər. Amma oturub fikirləşiblər ki, Amerika işğüzar Avropadan uzaqda,
okeanın o tayında yerləşir. Oradan Avropanı idarə etmək çətin olacaq. Buna görə
də Fələstin torpaqlarını hədəf kimi seçdilər və başıbəlalı fələstinliləri doğma
torpaqlarından didərgin saldılar.
İndi müstəqil
Azərbaycan, ulu öndər Heydər Əliyevin böyük quruculuq siyasəti nəticəsində güclənən
və bu böyük insanın layiqli varisi Prezident, Ali Baş Komandan İlham Əliyev 30
ilə yaxın müddət ərzində 1 milyona yaxın qaçqın soydaşlarımızın ev və işlə təmin
olunmasında və ordumuzun güclü, peşəkar ordu kimi yetişib ən müasir silahlarla
təchiz olunmasında, gənc nəslə milli ruhun dərindən aşılanmasında misilsiz xidmərtlər
göstərdi. Nəticədə xalqımız, ordumuz 44
günlük Vətən müharibəsində zəfər çaldı. Qarabağımız işğaldan azad
olundu. İndi qalib, söz sahibi bizik. Buna görə də düşmənə qarşı barışmaz olub,
ona heç bir zaman güzəştə getməli
deyilik. Çünki bizim həddən artıq rəhmdilliyimiz, insaflı olmağımız illər
ötdükcə öz ağır nəticəsini verir. Yəni biz düşmən və onların havadarları tərəfindən
günahkar sayılırıq.
Əsrlərdən bəri
bizə qarşı qəddarlığın ən ifrat dərəcəsini tətbiq edən etibarsız, insafsız, məkrli,
riyakar və alçaq olan, 30 il BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməsinə
məhəl qoymayan, onun cinayətini sübuta yetirən mina xəritələrini müharibədən 1
il sonra belə verməyən Ermənistana sülh təklif etməyimiz nə qədər məntiqli
görünür? Biz Ermənistanın arxasınca getməməli, şərtlərini qəbul etməyərək,
dediklərinə məhəl qoymamalıyıq.
Bu gün biz
" qonşularımıza”, düşmənimizə olan etibarımızı əbədi itirmişik. Çünki bu "xalq”
bizə qarşı illərlə minbir cinayət törədib. Oğullarımızı öldürüb,
torpaqlarımızı zəbt edib. Məgər erməni ilə danışıqlar masasına oturmaq olarmı?
Onlarla nədən söhbət etmək və nəyi müzakirə etmək olar? " Qonşular”ımız hətta
bu gün belə bizə qarşı riyakarlıqdan, düşmənçilikdən əl çəkmir. Bu o deməkdir
ki, biz də onlara düşmən kəsilməliyik. Çünki biz artıq qəflət yuxusundan
ayılmışıq. Nəyin və necə olduğunu, həm də ağı qaradan ayıra bilirik. Demək biz
güc sahibi kimi şərtlərimizi diktə edərək, həlak olan hər bir azərbaycan əsgərinin
qisasını alaraq azı 10 erməni məhv etməliyik. Bax bu zaman düşmən bizə hörmət
edəcəkdir. Başının üstündən dəmir yumruq əskik olmayan qarı düşmən bizə bizim
istədiyimiz kimi hörmət etmək məcburiyyətində qalacaqdır. Çünki erməni kimiləri
başqasına ancaq ondan qorxan zaman hörmət edirlər.
P.S. Və bir də hamıya qarşı humanist, xeyirxah, rəhmli
olmaq, sözsüz zəiflik əlamətidir. Biz bunu heç zaman unutmamalıyıq. Axı biz zəif
deyilik...