Yanvarın 20-si saat 18:00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini Tərlan Namazovun idarə etdiyi "Pajero” markalı avtomobilə odlu silahdan atəş açıb.
Yenisəs.az Publika.az -a istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Publika.az-ın Əməkdaşı bununla əlaqədar DİN-in Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən bildirilib ki, fakt qeydə alınıb, xoşbəxtlikdən xəsarət alan yoxdur. Hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.