XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



KÖKLƏNİB - Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 22:49 / 20.01.2022
Yenə xəyallar üstə
Ruhum, yola köklənib...
Mən çəkdiyim nəfəs də -
Sağa, sola köklənib...

Açıq qalan qapı da
Alır , ən son tabı da!
Sanki xilas sapı da -
Ələ, qola köklənib...
İçim dolu, sıxıntı
Daş, üstümə yıxıldı!
Can boğaza yığıldı -
Gülə, kola köklənib!

Gözüm öpən şəkildə,
Gülür mənə şəkil də!
Günahkar bu vəkil də -
Ola, ola köklənib!..


3568 oxunub

InvestAZ