XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Azərbaycanda son sutkada koronavirusadan ölənlərin sayı artıb
Sağlamlıq 19:19 / 20.01.2022

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 186 yeni yoluxma faktı qeydə alınıb, 582 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 629 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 605 nəfər müalicə olunaraq sağalıb, 8 564 nəfər vəfat edib, aktiv xəstə sayı 10 183 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 116, ötən müddət ərzində isə ümumilikdə 6 037 787 test aparılıb.

Qeyd edək ki, dünən ölkədə koronavirusa yoluxanların sayı 1151 nəfər olmuşdu, 9 nəfər də ölmüşdü. 


3276 oxunub

InvestAZ