XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



"Ermənistanla etimadın yaradılması addımları müzakirə olunacaq" - Çavuşoğlu
SİYASƏT 17:19 / 20.01.2022

Ermənistanla ikinci görüşdə etimadın yaradılması addımları müzakirə olunacaq.

Yenisəs.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin iclasından sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, ilk görüşdə prosesin başlaması ilə bağlı məqsədlər və gözləntilər müzakirə olunub.

"Məqsəd tam normallaşmadır. Ermənilər də bundan çox razıdırlar. Amma tam normallaşmaya aparan prosesdə xüsusi nümayəndələrin təyinatından başqa hansı addımlar atıla bilər? Xüsusi nümayəndələr bunun üzərində işləyəcək və növbəti iclasda etimadın yaradılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq”,- deyə nazir bildirib.


5506 oxunub

InvestAZ