XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Əbülfət MƏDƏTOĞLU : - n «Azərbaycan»
Ədəbiyyat 11:29 / 19.01.2022


Azərbaycan Yazıçılar Birliyininə ədəbi-bədii jurnalı olan «Azərbaycan»ın ötən ilin son sayı artıq oxucuların ixtiyarına verilib. Təbii ki, ədəbi-bədii jurnalın hər sayı öz oxucuları tərəfindən maraqla qarşılanır. Bu da iki səbəbdən qaynaqlanır. Birinci, hər bir oxucu həmişə yeni sözün, yeni ədəbi nümunənin sorağındadır. İkincisi də çap olunan ədəbi dərgilər ədəbiyyatımıza, bədii fikrin inkişafına xidmət edir. Bu mənada kifayət qədər yaşı olan, yəni 1923-cü ildən işıq üzü görən «Azərbaycan»ın ötən ilki 12-ci sayı daha fərqli üz qabığında işıq üzü görüb. Bu da Nizami Gəncəvinin 880 illiyi ilə bağlıdır. Elə jurnalın baş redaktorunun giriş sözü ilə, yəni «FATEH» yazısı ilə oxucu üzünə açılan jurnal həm də Şeyx Nizamiyə bir istəyin, sevginin ifadəsidir.

«Azərbaycan»ın 12-ci sayında Nizami Gəncəvinin 880 illiyi ilə bağlı dəyərli ədəbiyyatşünasların, araşdırmaçıların bir-birindən maraqlı yazıları yer alıbdır. Həmin yazılar arasında Aydın Talıbzadənin, Hacı Firudin Qurbansoyun, Paşa Əlioğlunun, Şahin Fazilin və digərlərinin təqdim etdiyi yazıların hər biri oxucu marağına xidmət edir.

Həmişə olduğu kimi, dərginin bu sayında da poeziya çələngi təqdim edilib. Sevilən şairimiz Əlizadə Nurinin, həmçinin Əlirza Həsrətin, eləcə də Nadir Yalçının, Ramiz Orsərin, Eltun Turkelin, Zakir Həsənoğlunun, Elnur Uğurun şeirləri də oxucular tərəfindən yəqin ki, maraqla qarşılanacaq. Artıq oxucu ixtiyarına verilmiş «Azərbaycan»ın 12-ci sayında Firuz Mustafanın «Savaş fəsli və yaxud Ənvər Paşa» iki hissəli tarixi dramı, Fərid Hüseynin «Vaxt qapısının açarı» essesi, filologiya elmləri doktoru professor Vaqif Yusiflinin «Vətən» poetik epopeyası və digər maraqlı materiallar da dərginin son sayında yer alıbdır. Düşünürəm ki, oxucular «Azərbaycan»ın ötən ilki 12-ci sayından da məmnun qalacaqlar.


3830 oxunub

InvestAZ