XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Yüksək təzyiqi salan ucuz vasitə
Sağlamlıq 08:50 / 19.01.2022

Amerika ürək xəstəlikləri assosiasiyasının ekspertləri həkimləri və təzyiq xəstələrinin diqqətini marketlərdə satışda olan bir məhsula çəkiblər.

Yenisəs.az   Medicina.az-a istinadən xəbər verir ki, onlar yüksək təzyiqi güclü dərmanlardan da effektiv salan tomat şirəsi – pomidor suyunu nəzərdə tutublar. Qeyd edək ki, Amerika və Avropada marketlərdə hazır tomat şirələri çox satılır və insanlar onu içir.

Təbii pomidor şirəsində çox miqdarda kaliy vardır ki, bu da təzyiqi normallaşdırır, hipertoniyanın qarşısını alır.

Kaliy damarlarda olan və onları darlaşdıran natriumun neqativ təsirini azaldır. Ona görə, tomat şirəsi çox az duz qəbul edən, düzgün qidalanan, pəhrizdə olan insanlara məsləhət görülmür.

Hər 120 ml tomat şirəsində 275 mq kaliy vardır. Böyük insana təzyiqi salmaq və profilaktika məqsədilə sutkada 3000 mq kaliy tələb olunur.


3093 oxunub

InvestAZ