XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Məktəbli qız dəm qazından zəhərlənərək öldü
KRİMİNAL 20:27 / 18.01.2022

Göyçay rayonunda zəhərlənən məktəbli vəfat edib. 

Oxu.Az-ın məlumatına görə, 2005-ci il təvəllüdlü İsmayılova Aysun Habil qızı yaşadığı evdə zəhərlənib. 

Qızın maye qazdan zəhərləndiyi ehtimal edilir. 

O, evdə tək olan zaman atasına zəng edərək özünü pis hiss etdiyini bildirib. 

Onun valideynləri evə qayıdarkən qızın halının pis olduğunu görüblər və dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Daha sonra qız Respublika Toksikoloji Mərkəzinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, vəfat edib. 

Faktla bağlı araşdırma aparılır. 


3601 oxunub

InvestAZ