XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Hacıqabul sakinlərindən “patı” və heroin aşkarlandı
KRİMİNAL 21:27 / 16.01.2022

Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri İlqar Babayev və Coşqun Ocaqov saxlanılıblar.

Yenisəs.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin və heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.



5517 oxunub

InvestAZ