XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



İcra hakimiyyəti baxımsız qalan uşaqlarla bağlı məlumat yaydı
HÜQUQ 20:06 / 16.01.2022

Şamaxı Rayon İcra Hakimiyyəti rayonun İkinci Çaylı kəndində acınacaqlı durumla üzləşən uşaqlarla bağlı məlumat yayıb.

Şamaxı Rayon İcra Hakimiyyətindın Yenisəs.az-a  verilən məlumata görə, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ildə rayonun İkinci Çaylı kəndində vətəndaşlarla keçirilən görüş-qəbulu zamanı bu ailənin sosial vəziyyətinin çətin olduğu və uşaqların yeganə himayəçisinin ana olduğu müəyyən olunub.

Rayon icra hakimiyyətinin təşəbbüsü ilə uşaqların anası Gülnarə Cavadova 2019-cu ildə "DOST İş Mərkəzi” MMC-də işlə təmin olunub. Aldığı əməkhaqqı müqabilində ondan yeganə tələb də övladlarına baxması olub: "Lakin o, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq övladlarına yaxşı baxmayıb. Həmin ildə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən onlara yeni fərdi yaşayış evi də tikilib. Dəfələrlə rayon icra hakimiyyəti və müvafiq qurumların əməkdaşları tərəfindən uşaqlara lazımi yardımlar göstərilsə də, onların himayəyə götürülməsinə anaları mane olub, hər dəfə aqressiya nümayiş etdirib. Bu dəfə polis əməkdaşlarının köməkliyi ilə uşaqları evdən çıxarıb öz nəzarətimizə götürmüşük. Onlar yaxşı şəraiti olan yerdə yerləşdirilib, isti geyim və ərzaqla təmin olunub, həkim müayinəsində keçiriliblər. Uşaqların daimi olaraq dövlət müəssisəsində qalması üçün bütün zəruri hüquqi addımlar atılacaq”.

O da qeyd edilib ki, Gülnarə Cavadova COVID-19 xəstəsi deyil, o, tez-tez evi tərk edərək uşaqları baxımsız qoyur.



6563 oxunub

InvestAZ